[b]“Tottenhem”dən “Şerif”ə qədər[/b]
26.07.2017 - 00:12
[b]“Tottenhem”dən “Şerif”ə qədər[/b]

“Qarabağ”ın ev oyunlarındakı qollu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şerif”lə ilk matçında qola həsrət qalıb.

 

Ağdamlılar bunadək ardıcıl 7 avrokubok matçında qonaq komandanın qapısına yol tapmışdı. Əyalət klubu sonuncu dəfə 607 gün əvvəl rəqib qapısına qol vura bilməmişdi.

 

Bu, 2015-ci il noyabrın 26-da baş vermişdi. Həmin vaxt İngiltərə “Tottenhem”ini qəbul edən çempionumuz 0:1 hesabı ilə uduzmuşdu.

 

Bu müddətdə keçirilən 7 qarşılaşmada “Qarabağ” rəqib qapılarına 16 dəfə yol tapmışdı.