[b]“Tottenhem”in üzvü “Bavariya”nın hədəfində[/b]
14.12.2016 - 18:48
“Tottenhem”in futbolçusu Erik Dayer karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı “The Times” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” maraqlanır.
Dayer London klubunda özünü xoşbəxt hiss etmir. O, “Tottenhem”də əsas heyətdə istədiyi qədər yer almadığını əsas gətirərək, komandasını dəyişmək niyyətindədi.
Qeyd edək ki, İngiltərə yığmasının da formasını geyinən Dayer 2014-cü ildən “Tottenhem”də çıxış edir.
0
0