[b]“Trabzonspor” faciədən döndü[/b]
03.04.2016 - 01:28
Türkiyə Superliqasının 27-ci turunda “Qaziantepsporla” qarşılaşan “Trabzonspor” səfərdən qayıdarkən faciədən dönüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1:0 hesablı qələbənin verdiyi sevinclə doğma şəhərə dönən trabzonlu futbolçuların təyyarəsi qəza təhlükəsi keçirib.
Qatı duman şəraitində eniş etmək istəyən təyyarə iki dəfə cəhd etsə də buna nail ola bilməyib. Pilotların ciddi cəhdi ilə üçüncü dəfə qəzasız eniş etmək mümkün olub.
Böyük həyəcan və qorxu yaşayan futbolçular hər şey yaxşı qurtardıqdan sonra pilotu alqışlayıblar.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0