[b]“Trabzonspor” qrupda qaldı, Ramili “gördüm deyən olmadı”[/b]
27.01.2017 - 00:02
[b]“Trabzonspor” qrupda qaldı, Ramili “gördüm deyən olmadı”[/b]

Türkiyə kubokunun qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda “Şanlıurfaspor” “Qaziantepspor”u minimal hesabla məğlub edərək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

 

Super Liqada işləri yaxşı getməyən “Qaziantepspor” isə kubokda da mübarizəni qrup mərhələsində başa vurub.

 

F qrupunda növbəti mərhələyə vəsiqə qazanmış komandalar (“Başakşəhər”, “Sivasspor”) bəlli olduğundan, “Yeni Amasyaspor” - “Göztəpə” matçı formal xarakter daşıyıb. Qarşılaşma Amasya təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.

 

D qrupunda 2 oyun baş tutub. Günün ilk oyununda “Darıca Gənclərbirliyi” “Boluspor”la 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra Bolu təmsilçisinin mübarizəni qrup mərhələsində başa vuracağı dəqiqləşib.

 

Günün digər oyunu - “Kayserispor” - “Beşiktaş” matçı formal xarakter daşıyıb. Kayseridə keçirilən görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Qarşılaşmada hesabı 22-ci dəqiqədə qonaqların üzvü Sedat Şahintürk açsa da, cəmi 3 dəqiqə sonra meydan sahibləri Erdem Beytaşın qoluyla status-kvonu bərpa edib. “Beşiktaş” lider, “Kayserispor” isə 2-ci kimi 1/8 finala vəsiqə qazanıb.

 

Millimizin hücumçusu Ramil Şeydayevin üzvü olduğu “Trabzonspor” evdə “Konyaspor”u məğlub etsə də (1:0), mübarizəni qrup mərhələsində başa vurub. Ramilin adı oyunun iştirak ərizəsinə salınmayıb.