[b]“Trabzonspor” Ramil Şeydayevə komanda tapdı[/b]
02.01.2017 - 11:21
[b]“Trabzonspor” Ramil Şeydayevə komanda tapdı[/b]

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını “Samsunspor”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə mətbuatı iddia edir.

 

Həmkarlarımız “Trabzonspor”da özünü göstərə bilməyən gənc hücumçunun Samsun təmsilçisinə icarəyə veriləcəyi qənaətindədi. Şeydayevlə yollarını ayırmağa qərar verən trabzonlular onu məhz digər Qaradəniz təmsilçisinə göndərəcək.

 

Qeyd edək ki, Ramil bu ilin yayında Türkiyə klubuna keçsə də, heyətə düşməkdə çətinlik çəkir.