[b]“Trabzonspor” Şeydayevin transfer qiymətini açıqladı[/b]
13.02.2017 - 17:20
[b]“Trabzonspor” Şeydayevin transfer qiymətini açıqladı[/b]

“Trabzonspor” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Jilina”ya keçidini rəsmən bəyan edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bordo-mavililər” gənc forvardın 2018-ci ilin yayına qədər Slovakiya klubunda çıxış edəcəyini açıqlayıblar.

 

Maraqlıdı ki, il yarımlıq icarə qarşılığında “Jilina” Türkiyə klubuna pul verməyəcək. Əksinə, oyunçunun aylıq məvacibinin 10 min avrosunu Qara dəniz təmsilçisi ödəyəcək. Klublar arasında imzalanan müqavilədə yer alan bəndə əsasən, Slovakiya çempionatının lideri 3 milyon avro müqabilində Şeydayevi birdəfəlik transfer etmək hüququna malik olacaq.

 

Həmçinin razılığa görə, bu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya çatacaq.

 

Qeyd edək ki, Ramil Şeydayev ötən yayda “Trabzonspor”la 4 illik müqavilə imzalamışdı.