“Trabzonspor”un müdafiəçisi Luis İbanyes karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin fotospor.com saytı məlumat yayıb.
Bildirilir ki, argentinalı sol cinah oyunçusu gələn mövsümdən “Qəbələ”nin formasını geyinməyə yaxındı. Belə ki, “bordo-mavililər”in baş məşqçisi Ərsun Yanal 29 yaşlı futbolçunu heyətdə görmək fikrində deyil.
Əcnəbilərin sayını azaltmağı düşünən Qara dəniz təmsilçisi İbanyes üçün məhz “Qəbələ”dən təklif alıb. “Trabzonspor” onu “Qəbələ”yə birillik icarəyə verməyə hazırlaşır. Hətta Türkiyə klubu bu keçid müqabilində “qırmızı-qaralar”dan pul tələb etməyəcək. Futbolçu razılıq verərsə, tezliklə “Qəbələ”nin formasıni geyinəcək.
Qeyd edək ki, Luis İbanyes “Trabzonspor”a ötən il “Srvena Zvezda”dan keçib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA