“Trabzonspor”un prezidenti Muharrem Usta “TRT Spor” kanalında yayımlanan “Stadyum” proqramına qonaq olub. Apasport.az saytının məlumatına görə, Super Liqa klubunun rəhbəri veriliş vaxtı milli komandamızın hücumçusu Ramil Şeydayev haqqında da danışıb.
Heyətlə bağlı danışan Usta bir neçə oyunçunun komandadan göndəriləcəyini, Ramilin də onlardan biri olacağını qeyd edib: “Akpopo ilə yolları ayıracağıq. Suk üçün isə bir çarə tapmağa çalışırıq. Böyük ehtimalla Portuqaliyada bir komandaya gedəcək. Ramil Şeydayevi isə icarəyə göndərəcəyik. Davamlı oynaya və təcrübə toplaya biləcəyi bir komandaya yollamaq fikrimiz var”.
Qeyd edək ki, yayda “Zenit”dən “Trabzonspor”a keçən Şeydayev “qaradənizlilər”in baş məşqçisi Ersun Yanalın güvənini qazana bilməyib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı