[b]SOCAR “Trabzonspor”un yeni stadionunun rəsmi sponsoru ola bilər[/b]
06.04.2016 - 11:07
[b]SOCAR “Trabzonspor”un yeni stadionunun rəsmi sponsoru ola bilər[/b]

SOCAR “Trabzonspor”un yeni stadionunun rəsmi sponsoru ola bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “takaonline.com” saytı yayıb.

 

Bildirilir ki, maddi cəhətdən problemlər yaşayan Qara dəniz təmsilçisi bunu hazırda inşa edilən “Akyazı” stadionuna sponsor tapmaqla yoluna qoymaq niyyətindədi. Həmçinin “Mehmat Ali Yılmaz” bazasının da ictimailəşdirilməsi planlaşdırılır.

 

Klub rəhbərliyi “Akyazı” stadionunu gələn mövsüm üçün hazır vəziyyətə gətirməyə çalışır. Onlar yeni arenanın hazır olması ilə maliyyə problemini yoluna qoyacaqlarını da düşünürlər. Hazırda stadionun sponsorluğu ilə bağlı 4 şirkətlə danışıq aparılır. Bunlar “Turkcell”, “Samsung”, “Emireyts” və SOCAR-dı.

 

UEFA-nın Maliyyə Feyr-Pley məsələsi ilə bağlı verəcəyi qərarın ardından “bordo-mavililər” yeni sponsoru da ictimaiyyətə açıqlayacaq. Rəhbərlik həmçinin 122 loja, 2954 VİP oturacaq və 35 minlik kart satmağı planlaşdırır.

0