[b]“Traktorsazi” türk derbisində uduzdu[/b]
15.03.2016 - 20:01
[b]“Traktorsazi” türk derbisində uduzdu[/b]

Asiya Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib. Apasport.az saytının məlumatına görə, Təbrizin "Traktorsazi" klubu səfərdə Özbəkistan "Paxtakor"uyla qarşılaşıb.

 

İlk iki oyundan qalib ayrılan "al qurdlar" qrupda ilk dəfə məğlub olublar. Cənubi Azərbaycan türklərinin simvolu olan Təbriz klubu türk derbisini minimal hesabla uduzub.

 

Özbəklərin heyətində İqor Sergeyev fərqlənib.

 

Qeyd edək ki, 3 oyundan sonra hesabında 6 xal olan "Traktorsazi" liderliyini davam etdirir. Təbrizlilərdən bir oyun az keçirmiş "Əl-Hilal" 4 xalla ikinci pillədə qərarlaşıb. “Paxtakor” isə ərəblərlə eyni xala malikdi.