[b]“Transfer pəncərəsi”nin vaxtı açıqlandı[/b]
22.05.2017 - 11:53
Azərbaycan Premyer Liqasında yay transfer dönəminin vaxtı müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 2017-18 mövsümü üçün “transfer pəncərəsi” rəsmən iyunun 9-da açılacaq.
Həmin gündən etibarən Premyer Liqa klubları anlaşdıqları futbolçularla rəsmi müqavilə imzalaya biləcəklər. “Transfer pəncərəsi”nin son günü isə sentyabrın 1-nə təsadüf edəcək.
Həmçinin qarşıdakı mövsümün dövrələrarası fasilədəki transfer dönəmi də bəllidi. Belə ki, qış “transfer pəncərəsi” gələn il 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0