Dünya daha bir futbol əfsanəsini itirdi. “Uçan holland” Yohan Kroyf 69 yaşının tamam olmasına bir ay qalmış qısa çəkən xəstəlikdən sonra “son uçuşunu” etdi. Apasport.az saytı olaraq futbol tarixində silinməz iz qoymuş hollandiyalının ömür yolundan bəzi fotoların xronologiyasını təqdim edirik.
Kroyf “Ayaks”ın sistemində 10 il keçirdi və klubu ilə əfsanə olub, 3 kubok qazanmayınca oranı tərk etmədi.
İl 1969. Kroyf “Ayaks”dakı komanda yoldaşları ilə Berlində.
90-ların əvvəllərində ürəyindəki problemə görə tərgidənə qədər, Kroyf dəhşətli dərəcədə çox siqaret çəkirdi.
Hollandiya millisi üçün Yohan 19 il oynadı.
Hollandiya DÇ-74-ün finalında AFR-lə oynayır və uduzur.
Final oyunundan əvvəl: Kroyf və Bekkenbauer.
1973-cü il. Kroyf “Ayaks”dan ayrılır və “Barselona” ilə müqavilə imzalayır.
“Barselona” ilə ilk mövsümündə Kroyf İspaniya çempionu oldu.
1978-ci il, may ayı. Kroyf İspaniya kubokunu qazanır və “Barselona” ilə ayrılır.
Hollandiyalı bundan sonra ABŞ-a yollanır və yenidən Bekkenbauer ilə qarşılaşır.
1987-ci il. Kroyf artıq “Ayaks”ın baş məşqçisidi və Van Bastenlə təyyarədə kart oynayır.
Ehtiyat oyunçular skamyasında və yenə siqaretlə.
“Ayaks”dan sonra Kroyf 1996-cı ilə kimi çalışdığı “Barselona”ya geri qayıtdı. Bu dəfə baş məşqçi kimi.
Xosep Qvardiola ilə birlikdə.
“Barselona”dan sonra Kroyf ancaq yoldaşlıq oyunlarında məşqçi kimi çıxış etdi, məsələn, Kataloniya yığmasının matçlarında.
Sentyabr, 2015. Kroyf Qlazqoda qolf oynayır. Dəhşətli diaqnozun qoyulmasına 1 aya yaxın vaxt qalıb.
24 mart, 2016. Yohan Kroyf artıq həyatda yoxdur...
Mənbə: tribuna.com