[b]“Uembli”də gözlənilən tarixi qərar[/b]
01.02.2017 - 16:30
[b]“Uembli”də gözlənilən tarixi qərar[/b]

Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) növbəti yığıncağının gündəliyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, martın 3-də baş tutacaq tədbirdə əsas müzakirə mövzusu sarı vərəqələrlə bağlı olacaq.

 

Qurum xəbərdarlıq alan oyunçuların bir neçə dəqiqəlik meydandan kənarlaşdırılması ilə bağlı qərar verəcək. Futbol tarixindəki bu yeniliyin UEFA turnirlərində eksperiment kimi sınaqdan keçirilməsinin qərara alınması gözlənilir. Bunun aşağı yaş qrupları üzrə qitə miqyaslı turnirlərdə sınanması da istisna deyil.

 

Tədbirdə futbol qaydaları ilə bağlı digər dəyişikliklər də müzakirə olunacaq. İFAB məqbul saydığı yenilikləri “Uembli” stadionundakı iclasında rəsmiləşdirəcək.