“Viktoriya” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu keçirmək üçün Çexiyanı tərk edib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, plzenlilər bu gün səhər saatlarında Azərbaycana səfərə çıxıblar.
Daha dəqiq desək, “Qarabağ”ın rəqibi Bakı vaxtı ilə 10:00-da paytaxt Praqadan yola düşüb. “Viktoriya”nı gətirən təyyarə 4 saatlıq uçuşdan sonra Azərbaycanda olacaq. Bu isə o deməkdi ki, çexiyalılar təxminən 14:00 radələrində Bakıya çatacaqlar.
Qonaqları Heydər Əliyev Hava Limanında “Qarabağ”ın nümayəndələri qarşılayacaqlar.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı 20:30-da start götürəcək.