[b]“Xahiş etmişdilər ki, mümkün qədər çox qol vuraq” [/b]
03.11.2017 - 10:01
[b]“Xahiş etmişdilər ki, mümkün qədər çox qol vuraq”  [/b]

“Məşqçilər oyunöncəsi tapşırıq verəndə bizdən xahiş etmişdilər ki, mümkün qədər çox qol vuraq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 17 yaşadək futzalçılardan ibarət millisinin üzvü İlya Fyodorov deyib.

 

O bildirib ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının Slovakiyada keçirilən təsnifat mərhələsində Azərbaycan yığması üzərində 20:0 hesablı qələbə qazandıqları matça daha çox qol vurmaq üçün çıxıblar: “Az səhv etmək, etibarlı oynamaq və hər epizod üçün mübarizə aparmaq tapşırığı da verilmişdi. Arxayınlaşmadan qurtulmaqla bağlı çətinlik olmadı. Bu turnir bizim üçün çox vacibdi. Hamımız tam kökləndiyimizdən nəticə də belə oldu. Hesab 5:0, 10:0, 15:0 olan vaxt məşqçimiz bizi tonusda saxlayırdı. Özümüz də bir-birimizə dəstək olurduq ki, temp aşağı düşməsin”.

 

Qeyd edək ki, Rusiya yığması məhz top fərqinə görə qrup lideridi. Son turda şimallılar eyni xala malik olduğu Slovakiya ilə qarşılaşacaq ki, onları bu görüşdə heç-heçə də qane edir.

 

0