“Xəzər Lənkəran” qış fasiləsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, cənub klubu I Divizion təmsilçisi “Şərurspor”la üz-üzə gəlib.
Bakıda keçirilən matça lənkəranlılar yaxşı başlayıblar. Elbrus Məmmədovun yetirmələri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. “Ağ-yaşıllar”ın qollarına Elfad Baləhmədov və Zaman Mirzəzadə imza atıblar.
Məmmədov fasilədə heyətin böyük qismini əvəzləyib. Nəticədə ikinci hissədə “Xəzər Lənkəran” üstünlüyü əldən verib. Fasilədən sonra qapısından 5 top buraxan lənkəranlılar meydandan 2:5 hesablı məğlubiyyətlə ayrılıblar.
Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə çempionatının XIX turunda “Rəvan”la üz-üzə gələcək.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI