[b]“Xəzər Lənkəran”da yeni baş məşqçi[/b]
08.05.2016 - 14:53
[b]“Xəzər Lənkəran”da yeni baş məşqçi[/b]

Topaz Premyer Liqasının XXXIII turunda öz meydanında “Kəpəz”ə məğlubiyyət (0:3) “Xəzər Lənkəran”da məşqçi istefası ilə nəticələnmişdi. Apasport.az saytının məlumatına görə, oyundan sonra mətbuat konfransında istefa veridiyini bildirən Elbrus Məmmədov rəhbərliyin cavabını gözlədiyini bildirmişdi.

 

Bu gün əlaqə saxladığımız klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu rəsmi açıqlamanın ilk iş günündə veriləcəyini bildirdi: “Böyük ehtimalla Elbrus müəllimin istefası qəbul olunacaq. Bu gün iş günü olmadığı üçün rəsmi qərar yoxdu. Komandanı bugünkü məşqə köməkçi çalışdırıcı Ağadadaş Həmidov çıxarıb. Ola bilsin ki, Premyer Liqanın son üç turunda da komandaya bu mütəxəssis rəhbərlik etsin”.