[b]“Xəzər Lənkəran”ın seriyası qırıldı[/b]
20.05.2016 - 21:37
[b]“Xəzər Lənkəran”ın  seriyası qırıldı[/b]

“Xəzər Lənkəran” məğlubiyyət seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında keçirdiyi son 12 matçda məğlub olan cənublular XXXVI turun “Rəvan”la görüşündə 1 xal qazanıb.

 

2:2 hesabı ilə başa çatan qarşılaşma ilə əyalət klubunun 83 günlük xal həsrəti başa çatıb. “Ağ-yaşıllar” sonuncu dəfə də səfərdə, fevralın 27-də heç-heçəyə nail olmuşdu. XXIII turun “Qəbələ” ilə matçında cənublular qolsuz heç-heçəyə sevinmişdi.

 

Heç-heçəyə baxmayaraq çempionatı sonuncu pillədə başa vurub, I diviziona düşməli olan “Xəzər Lənkəran” qələbəsiz oyunlar seriyasını 25-ə çatdırıb. Sonuncu dəfə XI turun ötən il noyabrın 2-də keçirilən matçında “Rəvan”ı 1:0 hesabı ilə yenən cənublular 200 gündən sonra eyni stadiondan – “Bayıl Arena”dan qələbə ilə ayrıla bilməyib. Düzdü, qələbə həsrətinin 200 gündən sonra bitməsində hakimin mübahisəli qərarları da rol oynayıb. Bu üzdən də 2:0 hesabı ilə öndə olan qonaqlar üstünlüyünü qotura bilməyib.

0