[b]“Xəzər Lənkəran”ın futbolçusu “Neftçi”də[/b]
30.01.2016 - 13:00
[b]“Xəzər Lənkəran”ın futbolçusu “Neftçi”də[/b]

“Neftçi” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Apasport.az-ın klubun rəsmi  saytına istinadən məlumatına görə, “ağ-qaralar” Azərbaycan yığmasının üzvü Elşən Rzazadə ilə müqavilə bağlayıb.

 

Yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində paytaxt təmsilçisinin formasını geyinəcək.

 

Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.