[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi işindən ayrıldı[/b]
30.12.2015 - 10:50
[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi işindən ayrıldı[/b]

Azərbaycanda çalışmış, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Karles Martorell Bakes Qazaxıstandakı işindən ayrılıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Qazaxıstanın 17 yaşadək futbolçulardan ibarət yığmasında böyük məşqçi funksiyasını yerinə yetirməkdən imtina edib.

 

Bakesin bu addımı başqa yerdə işləmək üçün atdığı bildirilir. Ancaq gənc məşqçinin hansı işlə məşğul olacağı açıqlanmır.

 

Qeyd edək ki, 2012-ci ilin noyabrında “Xəzər Lənkəran”ın baş məşqçisi postuna keçmiş Bakes 3 aydan bir qədər çox müddətdə “ağ-yaşıllar”ı hazırlaşdırıb. Onun rəhbərliyi altında “Xəzər Lənkəran” keçirdiyi 11 oyunda 3 qələbə, 3 heç-heçə əldə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib.