[b]“Xəzər Lənkəran”ın Tomiç problemi[/b]
16.03.2015 - 11:37
[b]“Xəzər Lənkəran”ın Tomiç problemi[/b]

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, sabah Bakıya gələcək cənub klubu tam heyətlə məşq edə bilmir.

 

Belə ki, komandanın aparıcı oyunçuları – Vyakeslav Tomiç və Rahid Əmirquliyev hazırda “ağ-yaşıllar”ın düşərgəsində deyillər. Tomiç yüngül zədəsi olduğu üçün Bakıya müayinə olunmağa gəlib. “Qəbələ” ilə çempionat matçından öncədən ayağında ağrılar hiss edən xorvatiyalı qapıçı oyunlara iynə hesabına çıxırmış. Tomiçin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı müayinənin cavabları çıxandan sonra bəlli olacaq. Bununla belə, onun AZAL-a qarşı oynayacağı gözlənilir.

 

Əmirquliyev isə uzun müddətdi ailəsindən uzaq qaldığı üçün rəhbərlikdən 2 günlük icazə alıb. Təcrübəli futbolçu sabah “Xəzər Lənkəran”ın düşərgəsinə qayıdacaq.

 

Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” matçı martın 18-də keçiriləcək.