[b]“Yagelloniya” Bakıya tam heyətlə gəlmir [/b]
11.07.2017 - 12:28
[b]“Yagelloniya” Bakıya tam heyətlə gəlmir [/b]

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olacaq “Yagelloniya” Bakıya tam heyətlə gələ bilməyəcək. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Pşemislav Frankovski qarşıdakı matçda baş məşqçinin ixtiyarında olmayacaq.

 

Buna səbəb 22 yaşlı futbolçunun Polşanın gənclər millisinin düşərgəsindən zədəli dönməsidi. Frankovski fərdi məşqlərə başlasa da, klubun həkimləri onun iki həftədən sonra sıraya dönə biləcəyini bildiriblər. Bu isə o deməkdi ki, gənclər yığmasının üzvü böyük ehtimalla “Qəbələ” ilə cavab görüşünü də buraxacaq.

 

Bundan əlavə, müdafiəçilər Ziqmunt Qordon, Pyotr Tomaşik, yarımmüdafiəçi Rafal Qjib və hücumçu Karol Sviderski də son vaxtlar zədədən əziyyət çəkirlər. Onların Bakıdakı qarşılaşmada iştirak edib-etməyəcəyi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da start götürəcək.