[b]“Yalnız o komanda 0:4-ü çevirə bilər”[/b]
18.02.2017 - 16:54
[b]“Yalnız o komanda 0:4-ü çevirə bilər”[/b]

“Yuventus”un müdafiəçisi Dani Alveş sabiq komandası “Barselona” haqda danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu “Barsa”nın Çempionlar Liqasında PSJ önündə şanslarını dəyərləndirib.

 

İlk görüşdə PSJ-nin layiqli qələbə qazandığını düşünən Alveş buna baxmayaraq, kataloniyalıların bunun əvəzini çıxmaq gücünə malik olduğunu söyləyib: “Bu cür məğlubiyyətin revanşını almaq çox çətindi. PSJ yüksək səviyyədə çıxış edir, ancaq futbolda hər şey mümkündü. Unutmayaq ki, 0:4 hesabını çevirə biləcək yeganə komanda “Barselona”dı”.

 

Qeyd edək ki, ilk görüşdə Fransada 0:4 hesabı ilə yenilən “Barselona” martın 8-də “Nou Kamp”da PSJ-ni qəbul edəcək.