[b]“Yayda 1 milyard funt xərcləyəcəyik” - Qvardiola[/b]
30.04.2018 - 16:20
[b]“Yayda 1 milyard funt xərcləyəcəyik” - Qvardiola[/b]

“Vest Hem”lə oyun sonrası “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola media nümayəndələrinin suallarını cavablandırıb. Apasport.az saytının “beIN Sports” istinadən məlumatına görə, katalon baş məşqçi zarafatla yayda transferlərə təxminən 1 milyard funt xərcləyəcəklərini deyib.

 

“Narahat olmayın, bizim üçün pul heç nədi. Növbəti mövsüm üçün çoxlu pullar xərcləməyə hazırlaşırıq: təxminən 1 milyard funt” – deyə, Qvardiola bildirib.

 

Daha sonra Qvardiola ciddi şəkildə komandanın neçə oyunçuya ehtiyacı olduğunu deyib: “Kiçik toxunuşlara ehtiyacımız var. Bir və ya iki oyunçu – bundan artığına gərək yoxdu”.