[b]“Yığmanın baş məşqçisi niyə işləmirəm, işləyərəm” - Hacıbala Abdullayev[/b]
19.04.2016 - 16:57
[b]“Yığmanın baş məşqçisi niyə işləmirəm, işləyərəm” - Hacıbala Abdullayev[/b]

“Pereslə yolların ayrıldığını sizdən eşitdim. Bundan xəbərim yox idi”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan millisinin məşqçisi Hacıbala Abdullayev deyib.

 

İspaniyalı çalışdırıcı Tino Peresin yığmamızdan ayrılması xəbərini əməkdaşımızdan eşidən Abdullayev bununla bağlı münasibət bildirib. O qeyd edib ki, baş məşqçi işləmək təklifi alsa, qəbul edə bilər: “Yeni baş məşqçi məsələsi Futzal Federasiyasının prezidenti Zaur Axundov, bir də AFFA-nın baş katibi Elxan Məmmədovun qərarından asılıdı. Amma yığmanın baş məşqçisi postunda mənim işləməyimi lazım bilsələr, niyə işləmirəm, işləyərəm. Ancaq özbaşına heç nə deyə bilmərəm. Özüm gedib təklif edə bilmərəm ki, mən işləyim. Hamısı onlardan asılıdı”.

 

Millimizin dünya çempionatına qatılacağını xatırladan Hacıbala Abdullayev baş məşqçi postuna daha təcrübəli mütəxəssisin gətirilməsinə də razıdı: “Qarşıdan dünya çempionatı gəlir. Bu, ağır yük deməkdi. Bilirsiz ki, bundan qabaq yığmanın baş məşqçisi braziliyalı və ispaniyalı məşqçilər olub. Necə məsləhət bilsələr, o cür də olacaq. Mənə elə gəlir ki, milliyə başqa mütəxəssis gətirsələr, daha yaxşı olar. Söhbət məndən daha səriştəli mütəxəssisdən gedir. Axı dünya çempionatı elə-belə turnir deyil. Mən rəhbərliyin fikrini bilmirəm. Düzdü, mən də 20 ilə yaxındı ki, bu işin içindəyəm. Həm Zaur Axundova, həm də Elxan Məmmədova böyük hörmətim var. Ola bilər ki, heç mənə deməsinlər, başqa mütəxəssis gətirsinlər. Mən hər hansı bir mütəxəssislə işləməyə, kömək etməyə də hazıram. Onlar deməmiş, mən öz razılığımı verə bilmərəm”.

 

 

0