İtaliya A seriyasının XXXVII turunda “Krotone” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus” sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, tarixində 33-cü dəfə ölkə çempionu olan “qoca sinyora” ilklə yadda qalıb.
Belə ki, Turin təmsilçisi ardıcıl 3-cü dəfə “qızıl dubl”a imza atıb. Massimiliano Alleqrinin komandası İtaliya Kubokunun finalında da “Latsio”ya qalib gələrək, bu titula yiyələnmişdi.
Bununla, “Yuve” “böyük beşlik” ölkələri (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında ardıcıl 3 mövsüm hər iki titula (çempionat və kubok) sahib çıxan ilk klub olub.
Yeri gəlmişkən, Azərbaycan çempionu “Qarabağ” da cari mövsümü “qızıl dubl”la tamamlayaraq, ardıcıl 3-cü dəfə bu uğura yiyələnib.
“Qızıl dubl” sayında dünya rekordu isə Tiflis “Dinamo”su ilə “Paxtakor”a məxsusdu. Onlar müvafiq olaraq, Gürcüstan və Özbəkistanda 6 mövsüm ardıcıl çempionluqla kuboku bayram edib. Daha iki komanda 5, ikisi isə 4 mövsüm uğurları sıralayıb. Bu komandalar ikinci, üçüncü dərəcəli futbol ölkələrini təmsil edənlərdi.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA