[b]“Yuventus” İtaliyanın ən yaxşısı, Avropada 3 komandadan biridi[/b]
20.04.2017 - 01:26
[b]“Yuventus” İtaliyanın ən yaxşısı, Avropada 3 komandadan biridi[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşan “Yuventus” iki oyunun nəticəsinə görə (3:0, 0:0) yarımfinala adlayan tərəf olub. Apasport.az saytının məlumatına görə, bu, “qoca sinyora”nın tarixində 7-ci belə uğurdu.

 

Bununla da Turin təmsilçisi İtaliya klubları arasında ən yüksək göstəriciyə sahib olublar. Qitənin ən nüfuzlu klub turnirində ikinci ən çox yarımfinal oynamış komanda isə “Milan”dır.

 

Bundan başqa “Yuventus” ÇL-nin pley-of mərhələsində “Barselona” ilə qarşılaşan və iki oyunda qol buraxmayan 3-cü komanda olub. Daha əvvəl “Mançester Yunayted” 2007/08 mövsümündə (0:0, 1:0) və “Bavariya” 2012/13 mövsümündə (4:0, 3:0) kataloniyalılara qarşı qapısının toxunulmazlığını qoruyub saxlaya bilmişdi.

0