[b]“Yuventus”da seneqallı hücumçu[/b]
11.07.2017 - 09:39
[b]“Yuventus”da seneqallı hücumçu[/b]

“Latsio”nun hücumçusu Balde Keyta “Yuventus”la anlaşıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Turin klubunun sabiq baş direktoru Luçiano Mocci verib.

 

O bildirib ki, artıq müqavilə də imzalanıb: “Keyta “Yuventus”da oynayacaq. Tərəflər arasında müqavilə də bağlanıb”.

 

Seneqallı forvardı yaxın günlərdə təqdim etməyə hazırlaşan “Yuventus” bununla kifayətlənmək fikrində deyil. “Qoca sinyora”nın hədəfindəki növbəti futbolçu PSJ-nin yarımmüdafiəçisi Blez Batuididi. İtalyanlar bu həftə fransalı orta sahə oyunçusunun meneceri Mino Rayola ilə görüşəcəklər.