“Sampdoriya”nın hücumçusu Patrik Şik karyerasını “Yuventus”da davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Genuya klubunun prezidenti Massimo Ferrero verib.
O bildirib ki, 21 yaşlı futbolçu “Roma”nın da maraq dairəsində olub. Lakin “canavarlar”ın təklifi “Sampdoriya”nı qane etməyib. Ferrero “Yuventus”un 25 milyon avroluq təklifini isə müsbət cavablandırdıqlarını və keçidin reallaşdığını bildirib.
Qeyd edək ki, “Sampdoriya”ya ötən il “Slaviya”dan keçən Çexiya millisinin üzvü A seriyasında debüt mövsümündə 32 matçda meydana çıxıb və 11 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.