[b]“Yuventus”un Çempionlar Liqası üçün heyəti açıqlandı[/b]
02.02.2017 - 00:05
[b]“Yuventus”un Çempionlar Liqası üçün heyəti açıqlandı[/b]

“Yuventus” Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb. Apasport.az saytının məlumatına görə, turinlilər qitənin ən nüfuzlu klub turniri üçün 24 futbolçu sifariş edib.

 

Maraqlıdı ki, “qoca sinyora”nın heyətində adı qış “transfer pəncərəsi”ndə müxtəlif klublarla anılan braziliyalı Herrera yer almayıb.

 

Heyəti təqdim edirik.

 

Qapıçılar: Canluici Buffon, Neto, Audero

 

Müdafiəçilər: Corcio Kyellini, Medhi Benatia, Aleks Sandro, Andrea Barzali, Leonardo Bonuççi, Dani Alves, Daniele Ruqani, Stefan Lixtştayner

 

Yarımmüdafiəçilər: Miralem Pyaniç, Sami Kedira, Klaudio Markizio, Federiko Mattiello, Mario Lemina, Kvadvo Asamoa, Stefano Sturaro, Tomas Rinkon

 

Hücumçular: Xuan Kuadrado, Qonzalo İquayn, Mario Mancukiç, Marko Pyaça, Paulo Dibala

 

Qeyd edək ki, “Yuventus” ÇL-nin 1/8 final mərhələsində “Porto” ilə qarşılaşacaq.