“Yuventus”un müdafiəçisi Corcio Kyellini İtaliya A seriyasındakı çempionluq mübarizəsindən danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli futbolçu XI tur çərçivəsində “Napoli” ilə keçiriləcək matçın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Kyellini qeyd edib ki, çempionatın sonuna qədər hazırkı tempdə çıxış etmək lazımdı: “Daha da inkişaf etmək və qələbələri sıralamaq istəyirik. Cəmi 10 tur keçəndən sonra özümüzü çempion hesab etmək doğru olmaz. “Napoli” ilə matç bizim üçün çox vacibdi”.
Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə ilk 10 turdan sonra 24 xal toplayan “Yuventus” turnir cədvəlinə başçılıq edir.