[b]“Yuventus”un tarixində ilk[/b]
06.04.2017 - 09:11
[b]“Yuventus”un tarixində ilk[/b]

İtaliya Kubokunda daha bir finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Napoli”ni iki oyunun nəticəsinə görə üstələyən “Yuventus” həlledici qarşılaşmada “Latsio”ya rəqib olub.

 

İlk matçda 1:3 hesabı ilə yenilən “Napoli” cavab görüşündə minimalhesablı qələbə qazansa da, bu, yetərli olmayıb. Beləliklə, “Yuve” ardıcıl 3-cü dəfə finala vəsiqə əldə edib. Bu isə “qoca sinyora”nın tarixində ilk belə uğurlu göstəricidi.

 

Ötən iki İtaliya Kubokunun qalibi olan “Yuventus” “Latsio” ilə həlledici görüşü iyunun 2-də keçirəcək.

 

“Napoli” – “Yuventus” – 3:2

Qollar: Hamşik, 53; Mertens, 61; İnsinye, 67 – İquain, 32, 59

İlk oyun – 1:3