Sabah Azərbaycan kubokunun 2017/18 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, sayca 26-cı olan ölkə kuboku iki görüşlə başlayacaq.
18 komandanın qatıldığı yarışın 1/16 final görüşləri eyni saatda start götürəcək. Bu raundda yalnız I divizion təmsilçiləri mübarizə apardığından “zəiflərin” mübarizəsinə maraq o qədər də böyük deyil.
Rəqiblərin bir dəfə görüşəcəyi mərhələnin qarşılaşmalarından biri Bakıda, biri əyalətdə keçiriləcək. Bölgə təmsilçilərinin dueli Ağsuda baş tutacaq. Eyniadlı komanda “Mil-Muğan”ı qəbul edəcək. Kubokda qələbəsi olmayan ağsulular meydana “siftə” arzusu ilə çıxacaq.
Ölkənin ən yaşlı klublarından olan MOİK isə kuboka evdə start verəcək. “Hərbçilər” “Turan Tovuz”la görüşəcək. İki il əvvəl 1/16 finalda indiki rəqibinə uduzan bakılılar revanş almağa çalışacaq.
Qeyd edək ki, bu mərhələnin qaliblərinin 1/8 finaldakı rəqibləri məlumdu. Ağsuda sevinən komanda “Qəbələ” ilə, paytaxtdakı görüşün qalibi “İnter”lə üz-üzə gələcək.
Azərbaycan kuboku
1/16 final
11 oktyabr (çərşənbə)
14:00. “Ağsu” – “Mil-Muğan”
Ağsu şəhər stadionu
14:00. MOİK – “Turan Tovuz”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"