[b]“Zirə” – “Səbail” matçının başlama saatı açıqlandı[/b]
08.08.2017 - 09:48
[b]“Zirə” – “Səbail” matçının başlama saatı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək “Zirə” – “Səbail” oyununun başlama saatı açıqlanıb. Apasport.az “Zirə”nin saytına istinadən xəbər verir ki, avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək.

 

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, “Zirə” ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. “Səbail” isə ilk dəfə elitada mübarizəyə qatılacaq.