[b]“Zirə” “Qarabağ”a uduzacaq?[/b]
03.11.2016 - 14:19
[b]“Zirə” “Qarabağ”a uduzacaq?[/b]

Topaz Premyer Liqasının XI turunun “Zirə” və “Qarabağ” arasında mərkəzi oyununu idarə edəcək Ramil Diniyev cari mövsümdə 5-ci dəfə baş hakim kimi güclülər dəstəsinə təyinat alıb. Apasport.az saytının məlumatına görə, referi arxada qalan 10 turda 4 dəfə şans qazanıb.

 

Bu matçlar qonaqların üstünlüyü ilə keçib. Meydan sahibləri 1 dəfə qalib gəlibsə, 3 dəfə uduzublar. Heç-heçə görməyən Diniyev 8 qola şahidlik edib. Qonaqlar top fərqində də üstündü – 5:3.

 

4 matçda 16 vərəqə göstərən hakim evdə oynayan komandalara 7, səfərdə çıxış edən kluba 9 vərəqə verib. Bu 16 cəzadan biri sərt olub ki, Diniyevin meydandan qovduğu oyunçu meydan sahiblərini azlıqda qoyub.

 

Referi həm “Zirə”, həm “Qarabağ”la da görüşüb. Sonuncuların X turda “Neftçi”ni səfərdə 2:0 hesabı ilə yenməsini qeydə alan Diniyev bakılılara 1-i qırmızı olmaqla, 4 sarı veribsə, ağdamlılara 2 xəbərdarlıqla kifayətlənib.

 

“Zirə”nin “Neftçi” (1:0) və “Kəpəz”lə (0:2) səfər oyunlarını idarə edən hakim hər iki matçda meydan sahiblərinə 1 vərəqə verib. Zirəlilər isə iki görüşdə 7 dəfə cəzalanıb.