Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Zirə” tarixinin ən ağır məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə yaranan paytaxt təmsilçisi bunadək keçirdiyi 57 matçda heç vaxt 4 top fərqilə uduzmamışdı.
I Divizionda çıxış etdiyi 2014/15 mövsümünün 30 oyununda 5, cari mövsüm Topaz Premyer Liqasının 24 matçında 4, ölkə kubokundakı 2 ildə 3 oyunda 2 dəfə yenilən Zirənin eyni adlı təmsilçisi ən pis halda 3 top fərqinə üzülmüşdü. Bu 11 məğlubiyyətindən 6-sı bir, 4-ü iki top fərqi ilə olan klub 2015-ci il oktyabrın 17-də ilk dəfə böyükhesablı məğlubiyyət almışdı. Çempionatda “Qarabağ”a 1:4 hesabı ilə uduzan bakılılar 3 top fərqi ilə yenilmişdi. 144 gündən sonra “Zirə”nin antirekordu “Qəbələ” ilə matçda yenilənib.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib