Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Bu barədə apasport.az saytına klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O bildirib ki, komandanın kapitanı Elvin Məmmədovla yolları ayırıblar. Buna səbəb tərəflərin maliyyə cəhətdən ortaq məxrəcə gələ bilməmələri olub.
Bununla da Elvin Məmmədov yay fasiləsində “Zirə”ni tərk edən 5-ci oyunçu olub. Ona qədər Migel Lorenzo, Tural Cəlilov, Nurlan Novruzov və Yamin Ağakərimzadə yola salınmışdı.
Milli komandamızın üzvünün klubsuz günləri çox çəkməyib. “Qəbələ” və “Neftçi”nin maraq dairəsində olan 29 yaşlı yarımmüdafiəçi seçimini birincilərin xeyrinə edib. Belə ki, hazırda yığmanın düşərgəsində Avstriya toplanışında olan Məmmədov “Qəbələ” ilə ilkin razılığa gəlib. O, Azərbaycana qayıdan kimi, "qırmızı-qaralar"la münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Elvin Məmmədov “Zirə”yə ötən ilin yanvarında keçib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA