[b]“Zirə” Proqni ilə vidalaşdı[/b]
09.01.2017 - 18:57
“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.
Söhbət Gerhard Proqnidən gedir. Yayda heyətə cəlb olunan Proqni karyerasını başqa klubda davam etdirəcək.
Albaniyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
0
0