[b]“Zirə” qapıçısını itirdi[/b]
03.04.2017 - 09:49
[b]“Zirə” qapıçısını itirdi[/b]

Azərbaycan Premyer Liqasının XXIV turu bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Zirə” əsas qapıçısı Anar Nəzirovun xidmətindən məhrum olub.

 

Buna səbəb qolkiperin mövsümdə 4-cü sarı vərəqəni almasıdı. “Qəbələ” ilə səfər matçında (1:1) xəbərdarlıqla cəzalanan Nəzirov XXV turun “İnter”lə matçını buraxacaq.

 

Qeyd edək ki, qapıçı bunadək ötən il “Sumqayıt”la səfər, bu il “Kəpəz” və “Qarabağ”la ev görüşlərində cəzalanıb.