Yanvarın 16-da Antalyaya yollanacaq “Zirə” klubunun toplanış çərçivəsində qarşılaşacağı 2 sparrinq rəqibdən biri hələ müəyyənləşməyib. Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 18-də oyun keçirmək üçün rəqib axtarışındadı.
“Zirə” rəhbərliyi bunun üçün Rumıniya və Qırğızıstan klubları ilə danışıq aparır. Məlumatı əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Ayxan Abbasov verib. Türkiyə toplanışında ilk sparrinq rəqibin adı yaxın günlərdə müəyyənləşəcək.
Yanvarın 22-də isə “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcəklər.
Qeyd edək ki, “Zirə” Türkiyədən yanvarın 23-də dönəcək.