[b]“Zirə” Rumıniyada boş durmur[/b]
11.07.2017 - 00:13
[b]“Zirə” Rumıniyada boş durmur[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin “Differdanj”la oyunundan sonra Belçikaya yollanan “Zirə” daha sonra Rumıniyaya keçib. Apasport.az saytının məlumatına görə, Avroliqanın II təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq təmsilçimiz Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.

 

Bu gün də burda məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.