[b]“Zirə” Türkiyədə “Lokomotiv”lə üz-üzə gələcək[/b]
05.01.2017 - 17:39
[b]“Zirə” Türkiyədə “Lokomotiv”lə üz-üzə gələcək[/b]

“Zirə” Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığa start verib. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb.

 

“Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda bir günlük istirahətə buraxılacaq.

 

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Qorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

 

Komanda Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar” ardından Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.