[b]“Zirə” yenə uduzacaq?[/b]
12.03.2017 - 00:05
[b]“Zirə” yenə uduzacaq?[/b]

Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” səfərdə “Kəpəz”lə oynayacaq. Apasport.az saytının məlumatına görə, bu, iki komanda arasında 9-cu çempionat matçı olacaq.

 

Daha əvvəl baş tutan 8 görüşdə hər komanda iki dəfə qələbəyə sevinib. 3 matçda isə qalib müəyyənləşməyib.

 

Ümumilikdə vurulan 17 qoldan 9-u gəncəlilərin, qalanı isə “Zirə”nin payına düşür.

 

Maraqlıdı ki, bu klublar arasındakı bütün oyunlarda ev sahibi olan komanda məğlub olmayıb. Son 3 oyunda isə səfərdə oynayan komanda qola və xala həsrət qalıb.

 

Qeyd edək ki, “Kəpəz”in “Zirə” ilə bütün ev matçlarında 2 qol qeydə alınıb.