[b]“Zirə”də Lorenso və Latifu problemi, Sanqar müəmması[/b]
24.02.2017 - 13:41
[b]“Zirə”də Lorenso və Latifu problemi, Sanqar müəmması[/b]

Qış fasiləsindən sonra keçirdiyi 5 oyunda 8 xal toplayan “Zirə” heyətlə bağlı problemlə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi ölkə çempionatının XX turunda “Sumqayıt”la baş tutacaq matça itkilərlə çıxacaq.

 

Belə ki, “Zirə”nin 2 futbolçusu zədədən əziyyət çəkir. Bunlar portuqaliyalı müdafiəçi Migel Lorenso və nigeriyalı Akim Latifudu. Hər iki futbolçunun “Sumqayıt”a qarşı oynamayacağı dəqiqdi.

 

Bu görüşdə “Zirə”nin daha bir futbolçusu meydana çıxmaya bilər. Yeni transfer Amadu Sanqarın zədəsi yüngül olsa da, məşqçilər korpusu onunla bağlı risk etmək istəmir.

 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək “Zirə” – “Sumqayıt” matçı saat 18:00-da start götürəcək.