Azərbaycan Premyer Liqasının XXV turunda “İnter”i qəbul edən “Zirə”nin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ayxan Abbasov son anda start heyətindən bir futbolçunu çıxarıb.
Söhbət mərkəz müdafiəçisi Yovan Krnetadan gedir. Serbiyalı futbolçu matç öncəsi keçirilən son məşqdə zədələnib. Həkim müayinəsindən sonra 25 yaşlı oyunçunun meydana çıxmaq iqtidarında olmadığı müəyyənləşib. Bu səbəbdən onu ehtiyata göndərən Ayxan Abbasov müdafiənin mərkəzində Migel Lorensoya ilk dəqiqələrdən şans verməli olub.
Qeyd edək ki, hazırda birinci hissəsi gedən “Zirə” – “İnter” görüşündə qonaqlar 1:0 hesabı ilə öndədilər.