Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün toplanış çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "qartallar" Türkiyənin 1-ci liqa təmsilçisi "Göztəpə" ilə qarşılaşıb.
Oyun 1:1 hesablı bərabərliklə nəticələnib. "Qartallar" Lorenzonun qoluyla hesabda irəli keçsə də, bu üstünlüyünü qoruyub saxlaya bilməyib. Aşağı liqa təmsilçisi matçın 55-ci dəqiqəsində bərabərliyi təmin edib. Matç elə bu hesabla da başa çatıb.
Xatırladaq ki, "Zirə" Boluda keçirdiyi ilk yoxlama oyununda "Qaziantep BB"-ni 1:0 hesabıyla məğlub etmişdi.
Yoxlama oyunu
29 iyul
Zirə - Göztəpə - 1:1
Elvin Məmmədov, 11 - Tayfur, 55.