[b]“Zirə”ni tərk edib, Hindistana yollandı - FOTO[/b]
08.09.2017 - 17:07
[b]“Zirə”ni tərk edib, Hindistana yollandı - FOTO[/b]

“Zirə” bu yay heyətinə qatdığı Kervens Belfort ilə yollarını ayırıb. Klubdan apasport.az saytına verilən məlumata görə, o, karyerasını Hindistanda davam etdirəcək.

 

Belə ki, “Jamşedpur” klubu ilə maliyyə məsələsində razılaşma əldə edilib və futbolçunun Asiya təmsilçisinə keçidi müsbət yekunlaşıb.

 

Belfort bu gün rəsmi müqaviləyə imza atıb. O, artıq Bakı təmsilçisi ilə vidalaşıb.

0