[b]“Zirə”nin “nümunəvi” futbolçusu[/b]
13.02.2017 - 10:00
[b]“Zirə”nin “nümunəvi” futbolçusu[/b]

“Zirə”nin futbolçusu Vüqar Mustafayev mövsümdə 10-cu sarı vərəqəsini alıb. Apasport.az saytının məlumatına görə, bu “yubiley” Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” ilə matçına təsadüf edib.

 

Çempionatda hamıdan çox xəbərdarlıq alan futbolçu növbəti dəfə cəzalanmaqla hesabındakı vərəqələrdə ikirəqəmli ədədə çatdırıb. O, I dövrədə 3, II dövrədə 5, mövsümün ikinci yarısında 2 dəfə cəzalanıb.

 

Qeyd edək ki, Mustafayev cəmi 15 oyun keçirib. O bu qarşılaşmaların 2/3-də xəbərdarlıq alıb.