[b]“Zirə”nin bir həftəlik Qəbələ səfəri[/b]
07.03.2016 - 16:09
[b]“Zirə”nin bir həftəlik Qəbələ səfəri[/b]

Topaz Premyer Liqasının XXIV turunda “Qarabağ”la qarşılaşan (0:2) “Zirə” vaxt itirmədən kubok matçının hazırlığına başlayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, martın 9-da “Qəbələ”nin qonağı olacaq paytaxt təmsilçisi məşqlərini öz bazasında keçir.

 

Adil Şükürovun yetirmələri sabah Qəbələyə yola düşəcək və oyunöncəsi son məşqini orda edəcək. Lakin qarşılaşmadan sonra “Zirə” Bakıya dönməyəcək. Çünki debütant martın 13-də çempionatın XXV turu çərçivəsində də “Qəbələ”nin qonağı olacaq. Premyer Liqanın ikincisi həmin görüşün hazırlığını məhz Qəbələdə keçəcək.

 

Heyətə gəlincə, zədə ucbatından son oyunları buraxan müdafiəçi Yovan Krneta və yarımmüdafiəçi Elvin Məmmədov bu gündən kollektivlə birgə məşqlərə qoşulublar. Lakin onların kubok matçında iştirakı gözlənilmir.

 

Zədəsini sağaldan və son turda əvəzedici heyətdə meydana çıxan Dieqo Souza isə martın 9-dakı kubok matçında komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə” ilə “Qəbələ” arasında Bakıda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanmışdılar.