“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Astra” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi yaponiyalı müdafiəçi Takayuki Setonu transfer etmək niyyətindədi.
Ötən ilin yanvarından bəri icarə əsasında Curcu klubunda çıxış edən 31 yaşlı oyunçu müqavilə ilə “Osmanlıspor”a məxsusdu. “Astra” onu komandada saxlamağa çalışsa da, Türkiyə təmsilçisi bu keçiddən gəlir əldə etmək fikrindədi. Türklər qarşı tərəfin yenidən icarəyə götürmək istəyini qəbul etməyiblər. Rumıniya klubunun transfer üçün təklifi isə 300 min avro olub. “Astra” rəhbərliyi Setonun keçidini “Zirə” ilə matça qədər həll etməyə çalışır.
Qeyd edək ki, 2007-2015-ci illərdə “Astra”nın formasını geyinmiş Takayuki Seto 2015-ci ilin yayında “Osmanlıspor”a keçib və cəmi 6 aydan sonra sabiq klubuna icarəyə verilib.